Kiyev səmasında qanadlı raket vuruldu - FOTO

14 Mart 2022 14:12

Bu gün, martın 14-də Ukrayna Silahlı Qüvvələri Kiyev səmasında Rusiya raketini vurub.

Milli.Az UNİAN-a istinadən bildirir ki, Kurenevka ərazisinə düşmən raketinin qalıqlarının düşdüyü bildirilir. Raketin düşməsi nəticəsində binalara qismən ziyan dəyib, həmin vaxt ərazidə hərəkət edən trolleybus da sıradan çıxıb.

Aslan Məmmədov
Milli.Az