Bu marşrutların hərəkət sxemi dəyişdirilib - FOTO

14 Mart 2022 15:48

17 və 24 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Dəyişikliyə əsasən,17 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Yusif Vəzir Çəmənzəminli küçəsindən Zaur Nudirəliyev küçəsinə, 24 nömrəli marşrut xəttinin isə başlanğıc dayanacaq məntəqəsi Təbriz küçəsindən Murad Qafur küçəsinə keçirilib.

Milli.Az