Kiyevdə zavod və hündürmərtəbəli bina atəşə tutulub, ölənlər var

14 Mart 2022 12:24

Rusiya hərbçiləri bazar ertəsi səhəri, martın 14-də Kiyevdə hündürmərtəbəli binanı və Antonov zavodunu atəşə tutub.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

İlkin məlumata görə, iki nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaşayış binasında partlayış baş verən ərazidən 70-ə yaxın insan təxliyə edilib.

Aslan Məmmədov
Milli.Az