Rusiyanın Rivne bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində televiziya qülləsi zədələnib

14 Mart 2022 12:12

Ukraynanın Rivne bölgəsində hava hücumu nəticəsində televiziya qülləsi zədələnib.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Rivne Regional Hərbi Administrasiyasının rəhbəri Vitali Koval Telegram-da məlumat verib.

"Hava zərbəsi nəticəsində Rivne vilayətində televiziya qülləsinə ziyan dəyib. Hazırda müvafiq xidmətlər yerində işləyir. Təfərrüatlar dəqiqləşdirilir".

Bu, bir neçə saatlıq hava hücumu xəbərdarlığından sonra səhər saatlarında baş verib.

Aslan Məmmədov
Milli.Az