Həftəsonu yol qəzalarında 13 nəfər ölüb

14 Mart 2022 10:54

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, martın 12-13-də respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 13 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Milli.Az