Gürcüstan parlamenti ölkənin Avropa İttifaqı yolunu təsdiqlədi

15 Mart 2022 22:12

Gürcüstan parlamenti "Gürcü arzusu"nun təqdim etdiyi Aİ-yə inteqrasiya ilə bağlı qətnamə layihəsini yekdilliklə təsdiqləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, xüsusilə, 116 deputat qeydiyyatdan keçib, 111 deputat qətnamənin lehinə səs verib, onlardan heç biri əleyhinə olmayıb.

Aİ-yə inteqrasiya üçün "Gürcü Arzusu"nun təqdim etdiyi qətnamədə Gürcüstanın icra hakimiyyətini ölkəni Aİ-yə üzvlüyünə lazimi qaydada hazırlamaq məqsədilə Gürcüstanın Avropa İttifaqına inteqrasiyası və Gürcüstan-Aİ Assosiasiyası Sazişinin həyata keçirilməsi istiqamətində səylərini gücləndirməyə çağırış edilib.

Eyni zamanda, Aİ-yə üzv dövlətləri və Aİ təsisatları Aİ Müqaviləsinin 49-cu maddəsinə uyğun olaraq Gürcüstanın Aİ-yə daxil olmasını sürətləndirmək üçün bütün lazımi addımları atmağa çağırırlar.

Milli.Az