Putinin qızının villasına girdi, qaçqınları dəvət etdi - FOTO

14 Mart 2022 08:36

Fransada ictimai fəal Pyer Afner Rusiya Prezidenti Vladimir Putinin qızı Yekaterina Tixonovanın Biarrikdəki villasına girib.

Milli.Az İnsider-ə istinadən bildirir ki, o, villanın qıfıllarını dəyişib və ukraynalı qaçqınları villaya dəvət edib.

Tixonovanın villasında 8 yataq otağı və 3 vanna otağı var.

P.Afner habelə villada bu tikilinin sabiq sahibləri - RF dövlət başçısının sabiq kürəkəni Kirill Şamalov və V.Putinin dostu Gennadi Timçenko ilə bağlı xeyli sənəd aşkarlayıb.

Milli.Az