Ana on aylıq oğlunu aclıqdan öldürərək cəsədini çamadanda gizlətdi - VİDEO

14 Mart 2022 19:30

Kaluqa vilayətinin Obninsk sakini 10 aylıq oğlunu öldürməkdə şübhəli bilinib. İstintaqın məlumatına görə, 22 yaşlı ana uşağı acından öldürüb və məsuliyyətdən qorxaraq meyiti çamadanda gizlədib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, cəsədi qadının qohumu bir aydan sonra tapıb.

Gənc qadın hazırda həbsdədir.

Uşaq 2021-ci ilin aprelində dünyaya gəlib. Ondan əvvəl qadının artıq iki övladı olub. Lakin onlar ananın könüllü razılığı ilə başqa şəxslər tərəfindən övladlığa götürülüb.

Milli.Az