Çernobıl AES-ə enerji təchizatı bərpa edildi

13 Mart 2022 22:56

Çernobıl Atom Elektrik Stansiyasında elektrik enerjisinin verilişi bərpa edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə energetika naziri German Qaluşenko bildirib.

"Bu gün NPC "Ukrenergo" mütəxəssislərinin, nüvə alimlərimizin və elektrikçilərimizin inanılmaz səyləri sayəsində rus işğalçıları tərəfindən ələ keçirilən Çernobıl AES-in enerjisini qaytarmaq mümkün olub", - nazir qeyd edib.

Qaluşenkonun sözlərinə görə, indi işlənmiş nüvə qurğularının soyutma sistemləri ehtiyat enerjidən yenidən normal rejimdə işləyəcək.

Qeyd edək ki, Çernobıl AES-in elektrik enerjisi martın 9-da kəsilib. Həmin gün Ukrayna tərəfi elektrik təchizatının bərpası üçün 48 saat vaxt olduğunu açıqlayıb.

Milli.Az