Qara görə təxirə salınan oyun sabah davam edəcək

13 Mart 2022 22:51

Azərbaycan Premyer Liqasının XIX turunun "Qəbələ" - "Zirə" oyunu əlverişsiz hava şəraitinə görə 65-ci dəqiqədə təxirə salınıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, matçın bərpa olunacağı tarix dəqiqləşib.

Belə ki, oyun sabah saat 12:30-da Qəbələ şəhər stadionunda dayandırıldığı dəqiqədən davam edəcək.

Milli.Az