Rusiyada daha 596 nəfər koronavirusdan öldü

14 Mart 2022 06:22

Rusiyada son sutka ərzində daha 44 989 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 17 335 186 nəfərə çatıb.

Son sutka ərzində 596 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 360 811 nəfərə çatıb.

Milli.Az