Ukraynanın hərbi aerodromu raketlə vuruldu - 9 ölü, 57 yaralı

13 Mart 2022 13:00

13:00

Rusiyanın Lvovda hərbi bazaya endirdiyi raket zərbəsi nəticəsində 9 nəfər ölüb, 57 nəfər yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski bildirib.

--------

12:24

Ötən gecə, gecə yarı Ukraynanın Lvov şəhərindən 45 km məsafədə yerləşən hərbi aerodrom vurulub.

Milli.Az report-a istinadən xəbər verir ki, bir neçə raket düşüb. Məlumata görə, xəsarət alanlar var.

Raketin mənbəyi Dnestryanıdakı Rusiya hərbi bazasıdır.

Milli.Az