Gürcüstanda koronavirusdan ölənlərin sayı 16 554 nəfərə çatıb

13 Mart 2022 17:18

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 823 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 635 509, ölənlərin sayı isə 16 554 nəfərə çatıb.

Virusa yoluxanlardan 1 585 885 nəfərin sağaldığı bildirilib.

Milli.Az