Ruslar Ukraynada Beynəlxalq Sülhməramlı Mərkəzini vurdular - 35 ölü, 134 yaralı - YENİLƏNİB

13 Mart 2022 15:20

15:20

Ukraynanın Yavorov poliqonunda (Lvov vilayəti) yerləşən Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinə raket hücumu nəticəsində 35 nəfər həlak olub, daha 134 nəfər yaralanıb.

"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Lvov hərbi vilayət administrasiyasının rəhbəri Maksim Koziski bildirib.

-------

10:18

Rusiya ordusu Ukraynada Lvov şəhəri yaxınlığında Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinə (Yavorovski hərbi poliqonu) hava zərbəsi endirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski bildirib.

İlkin məlumata görə, səkkiz raket atılıb. Onun sözlərinə görə, aviazərbə nəticəsində zərərçəkənlərin olması araşdırılır.

Milli.Az