Britaniya hökuməti ukraynalı qaçqınlara sığınacaq verən ailələrə pul ödəyəcək

13 Mart 2022 09:24

Böyük Britaniya hökuməti "Ukrayna üçün evlər" proqramı çərçivəsində ukraynalı qaçqınlara sığınacaq verəcək britaniyalı ailələrə ayda 350 funt-sterlinq ödəyəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Ukraynalı qaçqınlara Böyük Britaniyada üç il qalmaq, işləmək və dövlət xidmətlərindən istifadə etmək icazəsi veriləcək.

Həmçinin bu gündən ingilislərin mənzil təkliflərini qeydiyyatdan keçirmək üçün internet saytı fəaliyyətə başlayacaq.

Milli.Az