Ruslar təxliyə olunan qadın və uşaqlara atəş açıb - Ölənlər var

12 Mart 2022 23:32

Rusiya hərbçiləri Kiyev vilayətində qadın və uşaqların daşındığı kalona atəş açıblar.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, hadisə martın 11-də Peremoqa kəndindən (Barışevski rayonu) Ostroluçye kəndinə doğru - Rusiya Federasiyası ilə razılaşdırılmış "yaşıl" dəhliz boyunca evakuasiya etmək istəyərkən baş verib.

Atışma nəticəsində biri uşaq olmaqla 7 mülki şəxs həlak olub. Yaralıların dəqiq sayı hələlik məlum deyil.

Milli.Az