Şəmkirdə yanğın baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.
Kənd sakininə məxsus yaşayış evində anidən yanğın başlayıb.
Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı ev sahibi 1983-cü il təvəllüdlü Pərviz Həsənov övladını yanğından çıxarmaq istəyərkən xəsarət alıb.
Həmin şəxs xəstəxanaya yerləşdirilib,vəziyyətinin kafi olduğu bildirilir.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Milli.Az