İranda son sutkada 120 nəfər COVID-19-dan ölüb

12 Mart 2022 18:36

İranda ötən sutka ərzində 120 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 138831 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 2219 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7119763 nəfərə çatıb.

Milli.Az