"eBay" Rusiyadan satış imkanını dayandırdı

12 Mart 2022 18:18

ABŞ-ın transmilli elektron ticarət korporasiyası "eBay" ödəniş provayderlərinin və əsas çatdırılma xidmətlərinin dayandırılması səbəbindən Rusiya ünvanları ilə bütün əməliyyatları dayandırıb.

"APA-Economics"in verdiyi məlumata görə, bundan sonra Rusiyada yaşayan satıcıların hesabı "Tətildə"di rejimində olacaq.

Qeyd edək ki, Rusiyadan fəaliyyət göstərən istifadəçilərin bütün aktiv elanları bağlanacaq və alıcılar bu məhsulları ala bilməyəcəklər.

Milli.Az