Cəlilabadda ağır yol qəzası olub, 5 nəfər ölüb

12 Mart 2022 13:28

Cəlilabadda yol qəzası baş verib, 5 nəfər ölüb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Cəlilabad-Yardımlı yolunun Sərhədabad kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı 5 nəfər ölüb. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az