Avropa Şurasının prezidenti silahlı qız şəkli paylaşaraq Qərbi biabır etdi

12 Mart 2022 12:36

Avropa Şurasının prezidenti Donald Tusk Ukraynadan əlində silah tutan qızın şəkli ilə Rusiyaya qarşı sanksiyaların nəticələrindən hədsiz narahat olan Aİ ölkələrini biabır edib.

Milli.Az UNİAN-a istinadən bildirir ki, müvafiq mesaj Tuskun Twitter səhifəsində yer alıb.

"Sadəcə ona (qıza - red.) deməyin ki, daha sərt sanksiyalar Avropaya çox baha başa gələcək", - o, Avropa İttifaqındakı həmkarlarına deyib.

Rusiya Federasiyasının Ukraynaya müdaxiləsinin ilk günlərindən Avropa İttifaqı, ABŞ və digər inkişaf etmiş ölkələr Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başladılar.

Bura hava məkanından istifadəyə qadağa, SWIFT-lə əlaqənin kəsilməsi, oliqarxların əmlakının müsadirəsi və s. aiddir.

Aslan Məmmədov
Milli.Az