Ukrayna hərbçiləri Rusiyanın bu alayını məhv edib

12 Mart 2022 11:18

Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətində olan Rusiyan alayını məhv edib.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının Operativ Qərargahının nümayəndəsi Sergey Bratçuk Facebook səhifəsində məlumat verib.

"12721 saylı hərbi hissə, 488-ci alay (Klintsı, Bryansk vilayəti) tamamilə məhv edilib!! Ukrayna Silahlı Qüvvələrinə eşq olsun!", o yazıb.

Aslan Məmmədov
Milli.Az