Azərbaycanın şou-biznes ulduzları dəniz səyahətinə çıxacaq - FOTO

6 May 2010 18:23
May ayının 9-u "Qələbə bayramı"nı bir çox şou-biznes nümayəndələrimiz qeyri-adi şəkildə qeyd edəcəklər. Bu barədə Milli.Az xəbər portalına bayram tədbirinin təşkilatçısı olan "Millennium Tourism" şirkətindən məlumat verilib. Belə ki, şou adamları gəmi ilə dəniz gəzintisinə çıxacaqlar, həmçinin gəmidə konsert verəcəklər. 

6 saatlıq dəniz gəzintisində xalq artisti Flora Kərimova, Nadir Qafarzadə, Şeron qrupu və gənc müğənni Rövşən də olacaq. Saat 18.00-dan başlayacaq gəzinti zamanı tamaşaçılar canlı konsert proqramını izləyə biləcəklər. Gəmiyə minik Bakı Dəniz Vağzalından başlayacaq.

Günay
Milli.Az


--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------