Kiyevdə anbar vuruldu, yanğın var

12 Mart 2022 11:36

Kiyev vilayətində dondurulmuş məhsulların saxlandığı anbar atəşə tutulması nəticəsində yanıb.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Fövqəladə Hallar Dövlət Xidmətinin Telegram kanalında məlumat verilib.

"Martın 12-də saat 03:50-də Brovarski rayonunun Kvitnevoye kəndində dondurulmuş məhsulların saxlandığı anbarın atəşə tutulması nəticəsində yanğın baş verib. İlkin məlumata görə, ölən və xəsarət alan olmayıb. Fövqəladə Hallar Dövlət Xidmətinin 20 əməkdaşı və 4 texnika cəlb olunub", - məlumatda deyilir.

Aslan Məmmədov
Milli.Az