Palatalara və təcili yardım maşınlarına atəş açıldı - FOTOlar

12 Mart 2022 11:18

Ukrayna Regional səhiyyə idarəsinin rəhbəri Maksim Beznosenko Nikolayevdə onkoloji xəstəxananın atəşə tutulmasının nəticələrini paylaşıb.

Milli.Az UNİAN-a istinadən bildirir ki, Beznosenkonun Facebook-da verdiyi məlumata görə, işğalçıların hücumu nəticəsində tibb müəssisəsinin ərazisində dayanmış təcili yardım maşınları zədələnib.

Güllələr birbaşa palatalara və həkimlərin kabinetlərinə dəyib.

Nəşr qeyd edir ki, Rus qoşunları martın 12-ə keçən gecə xəstəxananı atəşə tutublar. Qurbanların sayı məlum deyil.

Aslan Məmmədov
Milli.Az