Bu klinika rusiyalı və belaruslu xəstələri qəbul etməyəcək

12 Mart 2022 11:48

Rusiyaya qarşı ağır sanksiyaların tətbiqi davam edir. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Almaniyada özəl xəstəxanalardan biri rusiyalı və belaruslu xəstələri qəbul etməmək qərarına gəlib. 

Münhendəki Latros adlı klinikada hətta Rusiya və Belarus vətəndaşlarının əməliyyatları da təxirə salınıb. 

Xəstəxananın bu hərəkəti isə sosial şəbəkələrdə gündəm olub. 

Milli.Az