Beşinci dəfə barışdılar - FOTO

12 Mart 2022 17:42

Türkiyəli aktrisa Müjde Uzmanla aparıcı Oğuzhan Uğur yanvarda 4-cü dəfə ayrıldıqlarını açıqlamışdılar.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük münasibətlərinə daha bir şans verərək 5-ci dəfə barışıb. Bu barədə aktrisa sosial şəbəkədə məlumat verib.

Müjde sevgilisinin ona göndərdiyi gülləri İnstaqram hesabında paylaşaraq ürək işarəsi qoyub. 

Qeyd edək ki, cütlük 7 ay ərzində 4 dəfə münasibətlərini sonlandırmışdı.

Milli.Az