Asteroiddə həyat izləri tapıldı

12 Mart 2022 15:00

Yaponiyanın "Hayabusa-2" aparatı Ryuqu asteroidindən torpaq nümunələrini Yerə çatdırıb.

Orada amin turşuları - zülalların tərkibində olan və planetimizdəki bütün həyatın əsasını təşkil edən üzvi birləşmələr aşkar edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri ABŞ-ın Texas ştatında keçirilən 53-cü Ay və Planet Elmləri Konfransında açıqlanıb.

Qeyd edildiyi kimi, 2011-2019-cu illər arasında asteroidin səthində 5,4 qram ağırlığında nümunələr toplanıb. Alimlər hesab edirlər ki, əldə edilən məlumatlar təxminən 4,6 milyard il əvvələ aid Günəş sisteminin yaranmasının ən erkən dövrünü öyrənməyə imkan verir.

Milli.Az