Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində səfərdə olan Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə görüşüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Adminstrasiyası məlumat yayıb.
Mətbuata qapalı keçirilən görüş 35 dəqiq davam edib.
Görüşdə Türkiyənin vitse-prezidenti Fuat Oktay, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan da iştirak edib.
Milli.Az