Bakıda gənc oğlan bıçaqlanıb

12 Mart 2022 08:38

Bakının Xəzər rayonunda dava zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Zirə qəsəbəsində qeydə alınıb.

1999-cu il təvəllüdlü Rzayev Kazım İlham oğlu dava edərkən naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az