Bakıda ana və övladını avtomobil vurub

12 Mart 2022 08:18

Sabunçu rayonunda yol nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Ramana qəsəbəsində qeydə alınıb.

Sevda İsmayılova qızı 2012-ci il təvəllüdlü Zəhra ilə birlikdə yolu keçərkən onu minik avtomobili vurub. Onlarln hər iki ağır xəsarət alıb. Yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az