“Instagram”ın Rusiyada bloklanacağı təsdiqləndi

12 Mart 2022 09:00

"Instagram"ın rəhbəri Adam Mosseri martın 14-də sosial şəbəkənin Rusiyada bloklanacağını təsdiqləyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Mosseri bu barədə Tvitterdə bildirib.

Mosseri əlavə edib ki, bazar ertəsi Instagram Rusiyada bloklanacaq. Bu da 80 milyon rusiyalını bir-biri və dünya ilə ünsiyyətdən məhrum edəcək.

O həmçinin qeyd edib ki rusiyalıların əksəriyyəti "Instaqram"dan Federasiya xaricində istifadə edir.

Milli.Az