“NATO Rusiya ilə toqquşarsa, III Dünya müharibəsi başlayacaq” - Bayden

11 Mart 2022 23:34

"Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Rusiya ilə Ukraynada döyüşməyəcək, çünki bu, III Dünya müharibəsi olacaq".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden feysbuk səhifəsində yazıb: 

"Aydın demək istəyirəm: biz NATO ərazisinin hər qarışını müdafiə edəcəyik. Amma biz Ukraynada Rusiyaya qarşı müharibə etməyəcəyik. NATO ilə Rusiya arasında birbaşa toqquşma üçüncü dünya müharibəsidir. Biz bundan qaçmağa çalışırıq". 

Milli.Az