YouTube Rusiyanın dövlət mediasını bloklayır

11 Mart 2022 22:24

"YouTube" videoplatforması dövlətdən maliyyələşən Rusiya KİV-ni dərhal blokladığını elan edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Tvitterdəki "YouTubeInsider" səhifəsi məlumat yayıb.

Qeyd olunur ki, dövlətdən maliyyələşən Rusiya KİV-nin bütün dünyadan "YouTube"a girişi bloklanır. Qərar dərhal icraya yönəldilir. Lakin bunun həyata keçirilməsi üçün müəyyən vaxt lazımdır.

Milli.Az