ABŞ dollarının Rusiyaya ixracı qadağan edilib

11 Mart 2022 21:59

ABŞ Prezidenti Co Bayden Rusiyaya dollar ixracı, təchizatı və satışını qadağan edən qərarı imzalayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, yeni qərarla ABŞ-dan Rusiyaya birbaşa və ya bilavasitə dollar ixracı, təchizatı və satışını qadağan edilir.

Bundan əlavə, ABŞ-ın maliyyə nazirliyi Rusiyaya qarşı sanksiyalara əməl olunmasına nəzarət edir.

Milli.Az