Bombalanan Xarkovda qadın deputat öldü

11 Mart 2022 15:40

Balakleya şəhər sovetinin deputatı Marina Osipenko dünyasını dəyişib. Onun meyiti Xarkov vilayətinin Milova kəndindəki evin dağıntıları altından tapılıb.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə ""Birgə!" Svetliçnayanın Bloku"nun mətbuat xidməti məlumat yayıb.

Qadın rusların atdığı bombanın partlaması nəticəsində dağılan evlərdən birində olub. Onun meyiti dağıntılar altında tapılıb.

Aslan Məmmədov
Milli.Az