“Qalatasaray” İstanbula qayıda bilmir

11 Mart 2022 16:06

Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Barselona"nın qonağı olan "Qalatasaray" bu gün Türkiyəyə qayıdacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "cim-bom"un dönüş proqramında dəyişiklik edilib.

Heyət səhər saatlarında Barselonanı tərk etməli olsa da, İstanbuldakı əlverişsiz hava şəraiti səbəbindən uçuş təxirə salınıb. Komandanı vətənə gətirəcək təyyarə Bakı vaxtı ilə saat 19:30-da Barselonadan ayrılacaq və İstanbula deyil, İzmirə uçacaq.

Qeyd edək ki, "Nou Kamp"da keçirilən oyun qolsuz bərabərliklə yekunlaşıb. Cavab görüşü martın 17-də İstanbulda baş tutacaq.

Milli.Az