Ukraynanın Xalq artisti Rusiyadan qaçıb

11 Mart 2022 18:12

Ukraynanın Xalq artisti Ani Lorak son illər yaşadığı Rusiyanı tərk edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, 10 gündür sosial şəbəkədəki hesablarında paylaşım etməyən, oktyabradək planlaşdırılan konsertlərini ləğv edən ifaçı ölkədən getmək qərarına gəlib.

Ukraynanın "Seqodnya" nəşrinin məlumatına görə, müğənni BƏƏ-dədir.

Xatırladaq ki, müğənni bir müddət əvvəl instaqram sosial şəbəkəsində Ukraynadakı hərbi əməliyyatlarla bağlı paylaşım etmiş və ürəyinin bu dəhşətdən əziyyət çəkənlərin hər birinin yanında olduğunu vurğulamışdı. 

Milli.Az