Jirinovski komadan çıxıb

11 Mart 2022 15:30

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski komadan çıxıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Jirinovskiyə yaxın mənbə bildirib.

Mənbənin sözlərinə görə, Vladimir Jirinovski komadan ayılıb və artıq huşu özündədir.

"O, artıq köməkçilərindən sənədlər alır", - mənbə bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Vladimir Jirinovski COVID-19-a yoluxub, ağciyərlərində ikitərəfli pnevmoniya aşkarlanıb və xəstəxanaya yerləşdirilib.

Milli.Az