“Mahnıların baha satılmasının təməlini Röya qoydu”

11 Mart 2022 13:30

"Mahnıların baha qiymətə satılmasının təməlini Röya Ayxan qoyub. Röyaya kimi bəstələrə böyük pullar verilmirdi. Müğənnilər az qonorarlar ödəyərək mahnı alıb oxumağa öyrəşmişdilər".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri bəstəkar-müğənni Pərviz Mahmudov "Səhər Mərkəzi" proqramında qonaq olarkən deyib.  

Sənətçi qeyd edib ki, bəstəkarlara yüksək məbləğdə qonorar vermə ənənəsinin təməlini Xalq artisti Röya Ayxan qoyub:

"Müəlliflər Röyaya təşəkkür etsin. Ona görə də bəstəkarlar ən yaxşı mahnılarını Röyaya verməyə başladı. Diqqət yetirin, bizim nə qədər müğənnilərimiz havayı mahnı oxuduqlarına görə it-bat oldular. Əvvəllər çox populyar olan ifaçılarımız indi yoxdur".

Milli.Az