İvano-Frankivskdə partlayışlar baş verib - mer

11 Mart 2022 14:36

İvano-Frankivsk şəhərinin meri Ruslan Martsinkiv bildirib ki, şəhərdə gurultulu partlayışlar olub.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə o, Facebook səhifəsində məlumat verib.

"Düşmən Frankivska hücum edib. Zəhmət olmasa, partlayışların foto və videolarını yaymayın! Siqnalizasiya sisteminin niyə işləmədiyini araşdırırıq", - Martsinkiv bildirib.

Videomüraciətində o, xüsusilə qeyd edib ki, zərbə hava limanına endirilib.

Bundan əlavə, o, hava limanının yaxınlığında yaşayan insanları sığınmağa və pəncərələrdən uzaq durmağa çağırıb.

Aslan Məmmədov
Milli.Az