Elza çəkilişdə yıxıldı - VİDEO

11 Mart 2022 15:18

Əməkdar artist Elza Seyidcahan klip çəkilişi zamanı yıxılıb və xəsarət alıb.

Milli.Az xəbər verir ki, bu haqda axşam.az-a açıqlamasında müğənni deyib. O bildirib ki, hadisə "Mehriban gəlin" klipinin çəkilişi zamanı olub:

"Sirkdə taxdanın üstündə dayanıb hərəkət göstərirlər. Mən də həmin taxtanın üstündə dayandım, yıxıldım. Belimdə və ayağımda zədələr var. Göyərib və ağrıyır. Amma əsas işim uğurlu alındı".

Milli.Az