"Mən adekvat ölkənin və adekvat insanların prezidentiyəm. İki uşaq atasıyam. Mənim torpağımda heç bir kimyəvi və ya hər hansı digər kütləvi qırğın silahı hazırlanmayıb".
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.
"Bunu bütün dünya bilir. Əgər Rusiya bizə qarşı oxşar hərəkətlər etsə, ən sərt sanksiyalarla cavabını alacaq" - Zelenski çıxışında bildirib.
Milli.Az