Rusiya yenidən “sükut rejimi” elan edir

11 Mart 2022 08:19

Martın 11-i Moskva vaxtı ilə saat 10:00-dan etibarən Rusiya Ukrayna şəhərlərindən dinc əhalinin çıxması üçün yenidən "sükut rejimi" elan edir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ukraynadakı humanitar yardım üzrə idarələrarası koordinasiya qərargahından bildirib.

Kiyev, Çerniqov, Sumı, Xarkov, Mariupoldan bir neçə marşrut üzrə humanitar dəhlizlər açılacaq.

Milli.Az