Müharibənin Ukraynaya vurduğu ziyan açıqlandı

11 Mart 2022 08:00

Ukraynaya hərbi müdaxilə ölkəyə 100 milyard dollardan çox ziyan vurub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Oleq Ustenko bildirib. 

"Rəqəm çox böyükdür, ona görə də qələbədən sonra bizi uzun bir bərpa prosesi gözləyir", - deyə Ustenko qeyd edib. 

O əlavə edib ki, Ukraynadakı müharibə səbəbindən müəssisələrin 50%-i bağlanıb, qalanları isə öz imkanları ərəfəsində işləyir.

Milli.Az