Rusiya Avrasiya İqtisadi İttifaqı ölkələrinə taxıl ixracını dayandıracaq

11 Mart 2022 07:25

Rusiya daxili bazarını kifayət qədər ərzaq ilə təmin etmək üçün avqustun 31-dək Avrasiya İqtisadi İttifaqına (Aİİ) - Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstana buğda, meslin, çovdar, arpa və qarğıdalı ixracını dayandıracaq.

Milli.Az APA-ya istinadən bildirir ki, şəkər və xam şəkərin ittifaq ölkələrinin hüdudlarından kənara ixracı da qadağandır.

Həmçinin qeyd edilir ki, hazırda Rusiyada taxıl tədarükü 150%-i ötür, lakin ixracın dayandırılması üçün bu cür tədbirə ehtiyac var

Milli.Az