ABŞ Ukraynaya qoşun göndərəcəkmi?

11 Mart 2022 06:14

ABŞ Ukraynaya qarşı qeyri-ənənəvi silahlardan istifadə olunsa belə bu ölkəyə qoşun göndərmək niyyətində deyil.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki bildirib.

"ABŞ qoşunlarını Ukraynaya göndərmək və Rusiyaya qarşı müharibə aparmaq kimi bir niyyətimiz yoxdur",- deyə Psaki brifinq zamanı bildirib.

O, Amerika tərəfində kimyəvi və bioloji hərbi proqramların mövcudluğunu inkar edib və bu imkanların Rusiyada olduğunu iddia edib.

Milli.Az