Kiyevdə “Coca-Cola” zavodu vuruldu - FOTO

10 Mart 2022 19:30

Rusiya hərbçiləri Kiyev vilayətində "Coca-Cola" zavodunu atəşə tutub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nəticədə zavodun arxa hissəsi qismən dağılıb, avadanlıqlar sıradan çıxıb.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Teleqramda məlumat verib.

"Bolşaya Dımerka yaxınlığında "Coca-Cola" zavodu atəşə tutulub. Kogenerasiya qurğusu zədələnib", - məlumatda deyilir.  Ölən və yaralananlar barədə məlumat yoxdur.

Milli.Az