Rusiyanın "Osa"sı məhv edildi - FOTO

10 Mart 2022 17:34

Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko rus qoşunlarının məhv edilmiş "Osa" hava hücumundan müdafiə sisteminin şəkillərini nümayiş etdirib.

Milli.Az UNİAN-a istinadən bildirir ki, o, öz Telegram kanalında düşmənin məhv edilmiş texnikasının fotolarını dərc edib.

"Osa" avtomatlaşdırılmış hərbi zenit-raket sistemidir. Kompleks bütün hava şəraitinə uyğundur və bütün növ döyüş əməliyyatlarında motoatıcı (tank) diviziyasının qüvvə və vasitələrini əhatə etmək üçün nəzərdə tutulub.

Aslan Məmmədov
Milli.Az