Xalq artistindən ölkədən getməsi ilə bağlı iddialara reaksiya

10 Mart 2022 19:48

Rusiyanın Xalq artisti Oleq Qazmanov Rusiyadan getməsi ilə bağlı xəbərləri təkzib edib

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçinin instaqram hesabında deyilir. O, həmçinin İsrail vətəndaşlığı alması ilə bağlı iddiaların da yalan olduğunu vurğulayıb:

"Dünən xəbər çıxıb ki, guya mənim İsrail vətəndaşlığım var və artıq oraya köçmüşəm. Xeyr, dostlar, Rusiyadayam, musiqi bəstələyirəm, evdə işləyirəm, hər şey qaydasındadır, harasa getməyə hazırlaşmıram".

Qeyd edək ki, martın 5-də Ukrayna məhkəməsi Oleq Qazmanovun qiyabi həbsi barədə qərar qəbul edib.

Milli.Az